İnsan - zamanında qırılan sayğacdır.
Əvvəlcə o saniyələri və dəqiqələri sayır, sonra saatları. Saatlar günə dönür, günlər aya keçir. O, yenə də hey sayır. Ayları, illəri sayır. Bəlkə, ömür uzun olsaydı, o əsrləri də sayardı. Yenə də sayır, başında ağaran tükləri, etdiyi səhvləri, pilləkənin pillələrini, qazandığı pulu, övladlarının uğurlarını, gəzdiyi ölkələri, çəkdiyi şəkilləri, fırlatdığı qızları, konturlarını, başqasının uğurlarını, aldığı hədiyyələri, oxuduğu kitabları, atdığı zibilləri, qonşunun ağacındakı alçaları, atılan sözləri, xoşbəxt dəqiqələri, status-dakı "like"-ları, qonaqları, edilən iltifatları, qəpikləri, atılan daşları, verilən və verilməyən salamları, serialların ayrıldığı reklamların sayını, n saylı avtobusu gözləyərkən qarşısından keçən digər avtobusları, qohumlarını, səhifələri, getdiyi toyları, ödədiyi cərimələri, ömrünü, illərini, aylarını, günlərini, dəqiqələrini, saniyələrini...