- Flame Towers - Balıq Binalar / Üç Barmaq
- Park Bulvar - Ananaslı Bina / Yumurta Bina
- Yeni Avtovağzal - Titanik
- Crystall Hall - Üzük Bina
- Filarmoniya Bağı - Volterra (Vampirlərin yığışdığı tin)
- Heydər Əliyev Mərkəzi - Qəzaya uğramış təyyarə qalıqları / İlbizin çanağı
- London Taksiləri - Badımcan Taksi / Tısbağa Taksi
- Qırmızı Ayaqqabı Geyinmiş Oğlanlar - Qırmızı Fənərlər Küçəsi
- Saçlarını yuxarıdan dürmələyib, makyajsız gəzən qızlar - Bakı Ferihaları
- Flaş Mobçular - "Vətənpərvər Gənclik"
- Küçədə üzərinə ətir vurulmuş kağız parçalarını paylayan qızlar və oğlanlar - İşsizlik
- Küçədə üzərinə ətir vurulmuş kağız parçalarını aldıqdan sonra onu yerə atan kəslər - "Sivil Cəmiyyət"
- Butik satıcılarının ədası - Böyük, böyük, lap böyük güzgülər
- Müasir İncəsənət nümunələri - Salvador Dalinin heyranları
- Yol polislərinin tıxacların aradan qaldırılması üçün səyləri - Qənd parçasına darışmış qarışqaların xaotik qaçması
- Şadlıq Sarayları - Gecəqondular
- İri avtomobil sürücüləri - Böyük Eqolar
- Kiçik avtomobil sürücüləri - Qadınlar və Boş Ciblər
- Klublar - Şöhrətpərəstlik Yarmarkası
- Zebranı keçərkən yol verən sürücü - Möcüzə və ya "Ətəyin Gücü" və ya "güc birlikdədir" (Together We Can - Cross the Road)
- Bayram Konsertləri - Heyranlıq (Evdən konsert məqsədilə çıxıb və kameranın obyektivinə tuş gələrkən mobil telefonu ilə evə zəng edib "baxın mən burdayam" deyərək əl eləyib, sonra evə qayıdan insandakı həvəsə heyranlıq
- Xınayaxdı - Dirilən Ənənə yaxud Dirilən Biznes?
- Aygün Kazımova - Xalq üçün Opium 1
- Eurovision Bakı 2012 - Xalq üçün Opium 2
- Davay Do Svidaniya və CanCana - Xalq içindən çıxmış nəğmələr və ya Zəmanəmizin Qəhrəmanları
Məlumat Dəstəyi: Xalq