Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Friday, November 30, 2012

Andlılar

Həkimlər: Hippokrata and içmişik ki, xəstəliyə şəfa, şəfaya xəstəlik verəsiyik

Modelyerlər: Şanelə and içmişik ki, Kokonun davamçısı olasıyıq, əgər o qadınlara kişi paltarı geyindiribsə, biz də kişilərə qadın paltarı geyindirəsiyik

Tarixçilər: Homerə and içmişik ki, tarix yazmaqda onun qədər kor, uydurmaqda onun qədər uzaqgörən olasıyıq

Proletariat: Leninə and içmişik ki, oxuyasıyıq, oxuyasıyıq, oxuyasıyıq - işdən vaxtımız və pulumuz olanda

Falçılar: Nostradamusa and içmişik ki, bütün olacaq hadisələri onun dediklərinə uyğunlaşdırasıyıq, insanlara dəqiq, qərəzsiz, şəffaf məlumat verəsiyik və hər zaman saçımıza boya qoyasıyıq ki, heç bir şarlatan işimizə mane olmasın

Siyasətçilər: And olsun Baron Münxauzenə ki, həqiqət və həqiqətdən savayı dilimizə heç bir mənfur söz gəlməyəcək

Diplomatlar: Kissencerə and olsun ki, heç bir diplomatı dodağından öpməyəsiyik (Brejnev onda özündə deyildi)

Yazıçılar: And olsun Şekspirin Hamletinin əlində tutduğu o kəllə sümüyünə ki, nədən yazmaq və necə yazmaq bizi düşündürməyəcək, əsas odur ki, yazaq!

Jurnalistlər: Julian Assanja and olsun ki, heç vaxt çörək ağacımız olan "məlumatları"n axıb getməsinə razı olmarıq, plaqiat düşmənimiz, şantaj mənfur qonşularımızdır

Müəllimlər: Təhsilimizin günəşi Amon-Misirə and olsun ki, rüşvəti insafla alasıyıq, qiyməti ədalətlə kəsəsiyik, qoyun yox, merinos yetişdirəsiyik ki, yunundan bilik əyirək

İdmançılar: Supermenin əzələlərinə and olsun ki, ölkəmizi hər olimpiadada layiqincə təmsil etməsək, bir də heç yerə uçmayasıyıq

Hərbçilər: Vilhelmin bığlarına and olsun ki, asıb-kəsib, talayan zaman heç bir işkəncəyə yol verməyəsiyik

Mühəndislər: Qaudiyə and olsun ki, siyasətçilər kimi yalandan vəd vermir və gələn tikintilərdə sementin kəmiyyətini, dəmirin keyfiyyətini artırmayasıyıq, binalarımız əyri və estetik olacaq


Friday, November 16, 2012

iFəhlə-iKəndli Sinfinin Əhvalatları - "Əmək" haqqı yoxsa Əmək "haqqı"?

Yoldaş iFəhlə və iKəndlilər,
Əməyinizə verilən haqdan razısınızmı, yoxsa haqqınıza verilən əməkdən? Biz rəqəmsal proletarlar ritorik sualları sevirik. Bizim rəqəmsal bosslarımız isə çox mərhəmətlidirlər, düşünürlər ki, əməyi haqqla ölçmək olmaz. Əmək dəyərsizdir! Sözün hər iki mənasında! Nə fərqi var ki, 5% çox 5% az, əsas odur ki, əmək müqəddəsdir. İşləyin yoldaşlar, hər şey yaxşı olacaq, təki siz işləyin. 

Əhvalat

Günəşli günlərdən birində, özəl müəssisələrdən birində, mühasib bərk baş sındırır. Gəliri itirmək olmaz, xərcləri azaltmaq lazımdır. Bəs neyləyək Ağabala? (Qeyd: mühasibin adı Ağabaladır). Bu an kasıb mühasibin zəngin həyat yoldaşı ona zəng vurur, alış-verişə çıxmaq üçün ondan pul istəyir: "narahat olma əzizim, endirim dövrüdür, səni xərcə salmaram". Elə bu an, mühasibin başına alma düşür, o ağıllanır və qərara gəlir ki, müqavilələr yenilənərkən işçilərə şirkətin müflisləşmə qorxusu barəsində məruzə edəcək (şişirtmə!), sonra maaşların azalması barədə bossun qərarını bəyan edəcək. Əlbəttə ki, o sifətlərdəki turşluğu və hərəkətlərdəki gərginliyi öncədən görüb, öz böyük mərhəmətindən işçiləri bir-bir otağına dəvət edib onlarla fərdi söhbətə başlayacaq. Tipik söhbət belə olacaq: "Filankəs müəllim, siz bizim üçün çox dəyərli işçisiniz, sizi itirmək bizim üçün böyük zərbə olardı, amma nə edək, şirkətin vəziyyəti ağırdı, ona görə maaşınızı kəsirik...Amma siz bizim üçün dəyərli olduğunuzdan biz sizin maaşı keçən müqavilədəki kimi eyni saxlaya bilərik. Xahiş edirəm, bu böyük güzəşti yalnız sizə edirik, ona görə başqa işçilərə heç nə deməyin". Bu sözlər şirkətin hər işçisinə ayrı-ayrılıqda deyilir və Ağabala öz müvəffəqiyyətini qeyd edir. Ən azı 10% "eqonomiya", sonra qəlbinin dərin dərinliklərindəki yerlərdən birində bu mükəmməl və orijinal (onun zənnincə) taktikasını bossun qohumlarına tətbiq edə bilmədiyindən ani məyusluq hissi çəkir, sonra özünü toparlayır və birdən qəhqəhə çəkir. Axı Ağabala, özü də bossun qohumlarındandır. 

Belə gərgin iş günündən sonra, Ağabala televizoru qoşur və Discovery kanalını açıb diqqətlə izləməyə başlayır (yeni ideyalar üçün əla məkan). Onun başına bir alma da düşür. Evrika! Fikirləşir ki, bəlkə işdə cərimələr tətbiq edək? Məsələn, işə 5 dəqiqə gecikmə 5% maaş bahasına olsun. Ya da, işdən icazə işçinin öz hesabına olsun. Almaların sayı artır...deyir 1 saatlıq nahar nəyə lazım? 30 dəqiqə bəs eləyər. Elə bunu fikirləşir ki, qarnı quruldayır, yadına düşür ki, nahar etməyib. Fikirləşir, yox bu insafsızlıq olar. Qoy nahar vaxtı 1 saat qalsın, hər halda, Marks məndən ağıllı olub, bunu düşünərkən...

Nahardan sonra, Ağabala düşünür ki, bir az gəzsə yaxşı olar, koridorlarda dolaşarkən, işçi xanımlardan birinin onun yanından forslana-forslana keçməsi, onu hiddətləndirir. Xanımı təpədən-dırnağa qabaqdan və arxadan süzən Ağabalanın başına çox böyük bir alma danq eləyir. Aha! Deməli belə, işdə hündür daban ayaqqabı geyinmək olmaz, parket korlanar, xərcimiz artar, kim bu qaydaya riayət etməsə, cərimə!

Ağabala, gecələr də yatmır, fikirləşir, fikirləşir, fikirləşir...Düşünür, bu qədər işçi nəyə lazım? HR işini özüm görərəm, katibə kompüteri "semiçka kimi çırtdayır" ona görə İT meneceri nəyə lazım? Təmizlik nəyə lazım, qoy hərə öz masasını təmizləsin...fikirləri yuxu ilə qarışır, yuxuda görür ki, qanadları var...və o mavzoleydə Leninin yerinə yatıb...

 Zavodda dəhşətli qəza baş verib...Mühasibatlıq səhvən maaşları 20 faiz qaldırıb!

 "Sizin maaş tələblərinizə baxdım. İndi də mən sizə sizin bazar qiymətinizi açıqlayım."

No Comment!