Mark Zusakın "Kitab Oğrusu" əsərini oxumasam da, oradakı "Söz Silkələyən Qız" hekayəsinin azərbaycan dilinə tərcüməsini Asiadeh Rollandın blogunda oxudum ( http://thoughts-in-rainbow.blogspot.com/2013/02/soz-silklyn-qz.html ). Müəllifin nağılla oxuculara çatdırdığı həqiqətlər əks olunub bu hekayədə.
Bəs həqiqətlə insanlara çatdırılan nağıl necə? "Pişik Silkələyən Oğlan" xəbərini eşitmisiniz? Parkların birində, nənəsi ilə gəzməyə çıxan iki yaşlı oğlan bir pişiyə rast gəlir. Onu sığallamaq istəyir bəlkə də. İki yaşlı uşağın pişik barəsində nə düşündüyünü demək çətindir. Bəlkə pişiyi kəşf etmək istəyir, toxunaraq. Pişik uşaqla maraqlanır, amma bir neçə dəqiqədən sonra, bezərək ağaca dırmanır, özü də lap üst budaqlara. Bunu görən uşaq, yaxınlaşır ağacın gövdəsinə və kiçik əlləri ilə pişiyi yerə salacağına inanaraq ağacı silkələyir. Oğlanın gücsüzlüyü həqiqəti, ağacın tərpənməyəcəyi faktı və bunlara baxmayaraq, pişiyin caynaqları ilə budağa daha da bərk yapışması qorxusu...
Bu həqiqətləri keçən gün gözümlə gördüm. Sadə reallığı yozdum və buradan sizə həqiqətlə çatdırdığım nağıl budur - Ağac həyatımızdır, pişik arzularımız. Biz də həmin uşaq, arzularımızı silkələməyə çalışırıq!
No comments:
Post a Comment