Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Thursday, March 19, 2015

Sevimli yazıçım Rey Bredberinin sitatlarından

İstanbul, Port Said, Nayrobi, Budapeşti görmək. Kitab yazmaq. Çoxlu siqaret çəkmək. Yarğandan yuvarlanmaq, amma yarı yolda ağaca ilişərək sağ qalmaq. Gecə yarısı Mərakeş küçələrindən birində bir neçə dəfə güllələnmək. Gözəl qadını sevmək.

...


Əvvəlcə dağdan özünü at, qanadların yerə düşən arada böyüyəcək.

...

Bəzi insanlar çox gənc ikən qəmi dadırlar. Bunun heç bir xüsusi səbəbi yoxdur, mənə elə gəlir ki, onlar belə doğulublar. Onlar daha asanlıqla yaralanır, daha tez yorulur, daha çox ağlayır, daha uzun xatırlayır və dediyim kimi, dünyada hamıdan daha çox qəmginləşir. Mən bilirəm, çünki, onlardan biriyəm.

...

Hər zaman nədənsə qorxan azlıq olub və hər zaman qaranlıqdan, gələcəkdən, keçmişdən, indidən qorxan, özlərindən və öz kölgələrindən qorxan çoxluq olub. 

...

Bu da sənə həyat, MakDann dilləndi. Biri evə heç vaxt gəlməyən birisini hər zaman gözləyir. Həmişə kimsə sevildiyindən daha çox sevir və bir müddət sonra sən əzab çəkməmək üçün sevdiyinin yox olmasını istəyirsən. 

...

Ah, incəsənət! Ah, həyat! Kəfkir gah ora, gah bura gedir, çətindən asana, asandan çətinə. Duyğulardan həyata, və yenə geri, duyğulara.

...

Biz səyahət edirik, romantika axtarışında, səyahət edirik, memarlıq axtarışında, səyahət edirik ki, yolumuzu azıb, itək. 

...


No comments:

Post a Comment