Saatlarla oturub anamın necə yaylıq toxumasına tamaşa edərdim. Onun incə əllərinin rəngbərəng sapları bir-birinə keçirərək "yaratdığı" əsər nə qədər gözəl idi. Anam bizim üçün toxuyurdu, o, heç bir qüsura yol vermək istəmirdi, nə qədər kiçik olsa belə, səhv buraxmış olduğu halda, toxuduqlarını Penelopa kimi təzədən sökür və yenidən daha böyük həvəslə, daha çox diqqətlə və daha böyük sevgiylə hörürdü. O yaylığa sevgi hopmuşdu, övladlarına olan qayğısını, diqqətini, eşqini belə göstərirdi. Ani olaraq ürəyimdə, həyatımızı həvəslə, sevgiylə hörülmüş bir yaylığa bənzətdim. Başımıza gələn rəngli hadisələr bir-birinə hörülərək naxış əmələ gətirir. Qəflətən dönüb arxaya baxırıq, hər insan toxuduğu öz naxışına - sonra hardasa buraxılmış cüzi, bəzən də böyük bir səhv tapırıq. Amma həyatda keçmişə dönüş yoxdur, həyatı söküb yenidən toxumaq olmaz! Onu bircə dəfə toxuyuruq, kimi qüsurlu, kimi mükəmməl. Hətta mükəmməl toxunmuş həyat da zamanın tikanına ilişib sökülə bilər. Qəribədir, biz tərəflərdə, insan öz taleyindən gileylənərkən "naxışım yoxdur" deyir. Yəqin, mənim ürəyimdən keçən bu ani fikirlər nə vaxtsa çoxlarının qəlbində yaranıb və itib, qalan yalnız naxış sözüdür...Yaylığın bəzəkləri labirintə bənzəyir, onları izləyə-izləyə nəzərim yenə anamın əllərinə toxundu. Ayağa qalxdım, anamı bərk-bərk qucaqladım və öpdüm...
Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.
Friday, March 16, 2012
Thursday, February 16, 2012
KA, Qar və Orxan Pamuk
Bəli, hər dəfə özümə söz verirəm ki, daha, klassik ədəbiyyat oxuyacam. Amma müasir kitablara biganə qala bilmirəm. Səbəblər müxtəlifdir: məsləhətlər, reklam və şərhlərdən başlamış təsadüfə qədər dəyişir. Bu dəfə qismən maraq, qismən şərhlər və qismən də təsadüfdən dolayı Orxan Pamukun "Qar" əsəri əlimə keçdi və mən də müəllifə qarşı mövhumatımın güclü olmasına baxmayaraq, kitabı oxumaq qərarına gəldim. Sizinlə təəsüratlarımı bölüşmək istəyərdim.
"Qar" - Siyasi baxışları üzündən Almaniyaya köçmüş Türk əsilli, qərb düşüncəli, "ateist" şair olan KA ləqəbli şəxsin Türkiyənin Qars şəhərinə üç günlük səyahəti zamanı yaşadığı hadisələrin bəhs edildiyi bir əsərdir. Müəllif bu əsərə görə ədəbiyyat üzrə Nobel mükafatı qazanıb. Şərhlərimi üç kateqoriyada verəcəm.
Sevgi
KAnın İstanbula və oradan Qarsa yola düşməsinin bir səbəbi var - Qarsda yaşayan keçmiş qrup yolaşı gözəl İpək boşanıb və KA tənhadır, ona sevgi lazımdır, o qəflətən evlənmək fikrinə düşür. Kitab boyu, özünü "Qərbli", "Avropalı", "Sivil" göstərən KA özü də etiraf edir ki, bu hərəkətindən utanır, çünki, tanımadığı, ünsiyyətdə olmadığı bir xanımla evlənmək istəyi ona "vəhşi şərq adəti" kimi görünür. Qarsa gəldikdən sonra İpəyə dəli-divanə aşiq olan şairin ağlında bir məqsəd var – onunla sevişmək. Kitab boyu bu hisslərini hər fəsilin “küncündə” oxucuya sırıyan Pamuk, KA-nin İpəyin bacısı Kadifəyə də biganə olmadiğını bildirir. KA-nın izlədiyi porno “ulduzu” İpəyə bənzətməsi mənə iyrənc gəldi. Əgər Pamuk KA-nı romantik şair kimi təsvir etmək istəyirsə, bu alınmayıb.
Siyasət
Qars şəhərində yaşayan etnik qrupların (Kürd, Azəri, Türk, Erməni, Rus) birgə mövcudluq və əməkdaşlıq cəhdləri kitabda KA-nın nöqteyi-nəzərindən təqdim edilir. Həmçinin, KA şəhərdə yaşayan “Secularistlər”, “İslamistlər” və “Hərbçilərin” mübarizəsini oxucuya izah edir. Türkiyədə baş verən siyasi hadisələrdən xəbəri olmayan oxucular üçün fikrimcə çox maraqlı ola bilər. Lakin müəllifin qərəzli mövqeyi nəzərdən qaçmır. Təkrarçılığa yol verən Pamuk, hər addımda qəhrəmanının hər hansı bir keçmiş Erməni milyonçusunun evinin qarşısında durub ah çəkməsi və ya Erməni kilsəsinin (nədənsə Gürcü kilsəsi yox) qarşısından keçərkən heryanlığını gizlədə bilməməsi kimi fikirlərlə oxucunu bezdirir. Bəli, bəlkə mən qərəzli danışıram, amma bütün Qarsı küçə-küçə gəzib dolaşan KA niyə heç bir keçmiş Rus və ya Gürcü malikanəsinin yanından belə ötmür, heç rast belə gəlmir. Kasıb və romantik erməni qızlarının bir zamanlar gizlicə teatr eyvanından tamaşa etməsi hadisəsini müəllif yalnız eyvana atılan güllə qırığının yaratdığı çatlara görə heyfsilənməsi üzündən təsvir edir. Uzun sözün qısası, əgər qəhrəmanın kitab boyu ən çox ağlına gələn akt sevişməkdirsə, ikinci ən çox ağlına gələn söz “Erməni” sözüdür. Kürdlərə gəldikdə isə mən gözlədiyimdən az önəm verilib məsələyə. Nədənsə, Pamuk Kürd-Türk münasibətlərini az qabardıb amma görməzdən də gəlməyib.
Əsərin ən çox bəyəndiyim yeri, “teatr çevrilişinin” əslində həqiqi bir “dövlət çevrilişi” olması idi. Ən çox bu hissədə həyəcanlandım. Bir şey də nəzərimdən qaçmadı: kitab boyu Pamukun hansı siyasi mövqe tutmasını anlaya bilmədim. Müəllif eyni zamanda həm Secularistlərə, həm Hərbçilərə, həm də İslamistlərə etibar etmir, onların idarə üsulunu qənaətbəxş hesab etmir. Qərbə meyli açıq aşkar bilinir, amma heç olmasa qəhrəman KA-nın hansı “məhzəbə” mənsub olması aydınlaşsaydı sevinərdim. Hərdən, mənə elə gəlir ki, Pamuk öz mövqeyini birbaşa açıqlamaqdan çəkinir və hamını dolaşdırmağa çalışır. “Erməni qenosidi”-dən söz açır, amma fikrini bildirmir, Kürdlərin “başına gələn oyunlara” toxunur amma heç nə açıqlamır, Türkiyə tarixinin hərbi çevrilişlərindən danışır və heç bir münasibət bildirmir. Təsvir və təkrarçılıq məni yordu.
Bu arada kitab “Qar” adlanır və bu ad öz təsdiqini demək olar ki, hər cümlədə, hər abzasda, hər fəsildə tapır. Kitabın adının onun içindəkilərə dolayısı yolla aid olması və ya “mistik” məna daşıması mənə hər zaman daha cəlbedici görünüb. Ona görə, hər addımda qar dənəciklərini, onun soyuqluğunu, ağlığını və.s. və.i təkrarlamaq oxucunu yorur.
Din
Sevgi və siyasətdən fərqli olaraq Pamukun dinə münasibəti kifayət qədər bəlli olur. KA ateistdir, materialistdir, Allaha inanmır və o qəhrəmandır. Əksinə, KA-nın düşməni, İpəyin keçmiş və Kadifənin hazırki sevgilisi “Blue” “İslamistdir”. Bu şüuraltı bir mesaj verir oxucuya, xüsusən də bunu Qərblilər oxuyurlarsa – “Qəhrəman – Qərb düşüncəli ateist, Mənfi qəhrəman – Fundamentalist, İslamist və sadəcə pis insan”. Sonda KA “Blue”-nu hərbçilərə təslim edir, əvəzində onun ardıcılları KA-nı qətlə yetirirlər. Yenə də şüuraltı mesaj – “KA terror qurbanı oldu, kim törətdi? KA tərəfindən hərbçilərə təslim edilən “İslamistin” davamçıları”. Yeri gəlmişkən, Qarsın küçələrini qarış-qarış gəzən KA bir dəfə də olsa bir Məscidə rast gəlmir, belə təəssürat yaranır - ətrafda hami İslamistdir, amma yığışmağa bir Məscid yoxdur.
Xoşuma gəlməyən, qismən anlamadığım və qismən də anlamaq istəmədiyim məqamlar – Hicablı qızların sui-qəsd etməsi, şəriət məktəbinin gənc tələbələrinin ürəklərində ateistlik qorxusu, Şeyx Saadettinin kitabda nə məqsədlə yer aldığı (obraz açılmamış qaldı) – bunlar qaranlıq qaldı. Dinə dərindən bağlı olan “Blue” isə evli qadınla zina edir, sonra onun bacısını öz məşuqəsinə çevirir və sonra da onun yaxın rəfiqəsini “yoldan çıxarır”. Ümumiyyətlə, din mövzusunda istehza qəbul edə bilmirəm.
Yekun fikirlər
Fikirlərimi belə yekunlaşdırıram,
1. Fürsətçi (öz “dərisini qurtarmaq” üçün neçə cildə girən) kitab qəhrəmanlarından heç xoşlanmıram.
2. “Blue”-nun dili ilə danışılan “Şahnamə”dən Rüstəm və Söhrabın hekayəsini kitabda yersiz hesab edirəm.
3. Pamukun Turqenevə bir neçə dəfə istinad etməsi, Rus ədəbiyyatının ona necə təsir etməsi anlamına gəlir. Belə ki, əsərdə Qars şəhərindəki abu-hava XX əsr Türkiyəsindən daha çox, XIX əsr Rusiyasına bənzədilib.
4. Kitabı oxuduqca, istər-istəməz KA-nın tənhalığını Corc Orvelin “1984” əsərindəki Uinstonun tənhalığına bənzədirəm. Xüsusən də, Uinston və Juliyanın münasibətlərini KA və İpəyin münasibətləri ilə müqayisə edərkən. “Teatr çevrilişi” etmiş Sunay Zaim isə mənə O-Brayan obrazını xatırladır.
5. Sonda, hesab edirəm ki, bu kitab bestseller olmaq üçün və ya mükafat əldə etmək məqsədilə yazılmışdır.

Monday, February 6, 2012
No longer
Good bye,
My friend and foe,
My love and hatred,
My believer and non-believer,
My hope and agony,
My heat and frost,
My truth and lie,
My brightness and darkness,
My savior and my death,
No longer, I am yours.
No longer, I am yours.
Tuesday, October 18, 2011
İnsan - zamanında qırılan sayğacdır
İnsan - zamanında qırılan sayğacdır.
Əvvəlcə o saniyələri və dəqiqələri sayır, sonra saatları. Saatlar günə dönür, günlər aya keçir. O, yenə də hey sayır. Ayları, illəri sayır. Bəlkə, ömür uzun olsaydı, o əsrləri də sayardı. Yenə də sayır, başında ağaran tükləri, etdiyi səhvləri, pilləkənin pillələrini, qazandığı pulu, övladlarının uğurlarını, gəzdiyi ölkələri, çəkdiyi şəkilləri, fırlatdığı qızları, konturlarını, başqasının uğurlarını, aldığı hədiyyələri, oxuduğu kitabları, atdığı zibilləri, qonşunun ağacındakı alçaları, atılan sözləri, xoşbəxt dəqiqələri, status-dakı "like"-ları, qonaqları, edilən iltifatları, qəpikləri, atılan daşları, verilən və verilməyən salamları, serialların ayrıldığı reklamların sayını, n saylı avtobusu gözləyərkən qarşısından keçən digər avtobusları, qohumlarını, səhifələri, getdiyi toyları, ödədiyi cərimələri, ömrünü, illərini, aylarını, günlərini, dəqiqələrini, saniyələrini...
Wednesday, September 28, 2011
If Zuckenberg was Azerbaijani...
- If Zuckenberg was Azerbaijani - then Facebook would have "Üzərik" application;
- If Zuckenberg was Azerbaijani - then you would have "Təzə nə xəbər?" question instead of "What's on your mind?" in status box;
- If Zuckenberg was Azerbaijani - you would have "like", "comment", "share" and "show it to fortune-teller" buttons under the photos;
- If Zuckenberg was Azerbaijani - his office would be located at the local "çayxana" ;
- If Zuckenberg was Azerbaijani - FB would be the most ancient social network ;
- If Zuckenberg was Azerbaijani - then FB would be named as "Anket"book ;
- If Zuckenberg was Azerbaijani - we would send him to Eurovision 2012 ;
- If Zuckenberg was Azerbaijani - FB would be claimed by "mənfur qonşular" ;
- If Zuckenberg was Azerbaijani - FB slogan would be: "Hamı 3 profil açsın, xeyir vətənə qalsın" ;
- If Zuckenberg was Azerbaijani - then the relationship status would LITERALLY be interpreted as:
Single - stuck at home/out of date ;
In a relationship - he/she is a "walker";
Engaged - must have a ring;
Married - good bye "sultanlıq" ;
It's complicated - your relatives are gossiping;
In an open relationship - (this would be changed to In a closed relationship);
Widowed - equals to dead;
Separated - ring to be returned, all relations cut;
Divorced - no future for girls / mothers in search for boys; - If Zuckenberg was Azerbaijani - "Find friend" would be "Yerlilerini tap" ;
- If Zuckenberg was Azerbaijani - FB would say "Xalq" and "Xalq" would say FB ;
- If Zuckenberg was Azerbaijani - there would be a "wish box" on the profiles where you would write "O gun olsun gelen il bu vaxti ..." or "notification-larin bol olsun;
- If Zuckenberg was Azerbaijani -
Like-Unlike-Miz qoy-Bele de-Pis deyil-Bomba-Efir-Bu nedi ala- Apar tulla
Comment - men de varam - ozunu goster - qonshu yazdi men qaldim
Poke – chimdikle; - If Zuckenberg was Azerbaijani - he would say "Facebook gormek isteyen Azerbaycana gelsin" ;
- THE END.
Tuesday, September 20, 2011
I wish I could... (my wish list)
- I wish I could - be married to Mr.Darcy and Mr.Bingley would be my brother-in-law ;) or vice versa. Uzeyir Hacibeyov demishken, "o olmasin, bu olsun" :D
2. I wish I could - do without sleep (
3. I wish I could - be the bridesmaid in my sister's wedding :*
4. I wish I could - heal by smiling
5. I wish I could - see and talk to Prophets
6. I wish I could - stop thinking whenever I wanted
7. I wish I could - put my thoughts into a file
8. I wish I could - say yes to the dress )))
9. I wish I could - ride a horse (maximus )))
10. I wish I could - travel through time
11. I wish I could - hypnotize
12. I wish I could - control the weather :D
13. I wish I could - easily identify good from bad
14. I wish I could - see an angel
15. I wish I could - walk on stilettos 24/7 :D
16. I wish I could - have my own business and no boss
17. I wish I could - control my mood
18. I wish I could - prevent accidents
19. I wish I could - read minds
20. I wish I could - sing, dance and play on piano
21. I wish I could - speak all languages
22. I wish I could - fly
Wednesday, September 14, 2011
You are happy when...(Part 1)
You are happy when - you make people happy!
You are happy when - you do the job and you see the benefit
You are happy when - you are appreciated
You are happy when - you don't regret the past
You are happy when - you hope hope and hope
You are happy when - you don't worry!
You are happy when - you can rely on someone
You are happy when - you get a message or a letter from secret admirer
You are happy when - you don't care what people think about you
You are happy when - you share
You are happy when - you think you look beautiful
You are happy when - you go to bed after a tiring day
You are happy when - you see a rainbow
You are happy when - people like the cake you baked
You are happy when - you pray and the next moment your prayer is accepted
You are happy when - you pass your exams
You are happy when - you take a right decision
You are happy when - people remember you
Subscribe to:
Posts (Atom)