On the eve
of New Year a verdict is given. To the scaffold watched by thousands of his
murderers is the guilty taken. Countdown. Done. Lighted garlands. Celebrations.
Beautifully out of place
Sunday, December 30, 2012
Saturday, December 22, 2012
My Short Story 1: Where the Gossips go? (Qeybətin yolu)
A word. Whisper. Ear. Brain. Processing. Altering. A wrod. Whisper. Ear. Brain. Processing. Altering. A wrdo. Whisper. Ear. Brain. Processing. Altering. A owrd. Whisper. Ear. Brain. Processing. Altering...
Söz. Pıçıltı. Qulaq. Beyin. Həzm. Dəyişmə. Szö. Pıçıltı. Qulaq. Beyin. Həzm. Dəyişmə. Zös. Pıçıltı. Qulaq. Beyin. Həzm. Dəyişmə. Özs. Pıçıltı. Qulaq. Beyin. Həzm. Dəyişmə....
Söz. Pıçıltı. Qulaq. Beyin. Həzm. Dəyişmə. Szö. Pıçıltı. Qulaq. Beyin. Həzm. Dəyişmə. Zös. Pıçıltı. Qulaq. Beyin. Həzm. Dəyişmə. Özs. Pıçıltı. Qulaq. Beyin. Həzm. Dəyişmə....
Friday, December 21, 2012
Ordan-burdan fikirlər, nəticələr, hisslər
* Bir qoyun getdi şam aldı, min qoyun getdi şam aldı, sonra "bayram axşamı" etdilər, səhəri gün mayaların bütün nənə-babaları yad edildi. #SürüPsix
* Məni Budda kimi böyüdüblər: bağlı "qapı" arxasında, söyüşlərdən, axmaqlıqdan, cahillikdən, nadanlıqdan, sürü düşüncəsindən, çirkinlikdən, yalanlardan, yaltaqlıqdan, alçaqlıqdan uzaqlarda. Bütün bunlarla gec üzləşsəm də, Buddadan fərqli olaraq şikayətim yoxdur, valideynlərimə dərin sevgi və təşəkkürlər ki, yaxşını öyrədib, pisi gizlədiblər, gizlənmək qaçılmaz olsa belə #ThankYouMom&Dad
* Mənim üç sevgilim var: biri Wentworth, hər zaman məni sevib, heç vaxt unutmayıb, küskün olsa da qayıdıb. İkincisi, Jasper, onun məni axtardığını bilib mən onu tapmışam, onun sevgisi əbədidir. Üçüncüsü, Herbert, onunla yeni tanış olmuşam, o, ən sədaqətli dostdur. #MənimQəhrəmanlarım
* Naşükürlük, təbiətimizdədir? Yoxsa, niyə kifayətlənmirəm, çox şikayət edirəm, gərək etməyəm. Eynşteyn olmasaydı, məgər nisbiliyin nə olduğunu bilməyəcəkdik? Nisbilik, məndə olanın səndə olmaması və səndə olanın məndə olmamasıdır. Nisbilik həyatın özüdür. #YorulmuşBeyinFəlsəfəsi
* Ürəyim hələ döyünür, amma çırpınmır, hələ də. #KiçikÜmidlər
* Həyat gözəldir, həm də çirkindir, deməli, həyat çirkin gözəldir #BanalOxymoron
* "Mən bəşəriyyəti sevirəm, sadəcə insanlara nifrət edirəm" #AdınıUnutduğumMüəllifinXoşumaGələnSitatı
* Ailə, sevgi və dostluq ayrılmazdır. Ailə hər şeydən üstündür. Sevgiliniz və dostunuz ailə üzvlərinizdir. #Induksiya
* Toran-yağış qarışıq havada işə gedərkən, küçə işıqlarının Aleksey Yefremovun rəsmlərinə bənzəməsi #ReallığınKənarında
Monday, December 10, 2012
iFəhlə-iKəndli Sinfinin Əhvalatları - "Oraq və Çəkic" yaxud "Klaviatur və Siçan"
Ay Yoldaş Fəhlə və Kəndlilər, ya da Yoldaş iFəhlə və iKəndlilər, düşünürəm ki, əcdadlarımızın peşə gerbi olduğu halda, bizimki niyə var olmasın? Bizim əmək alətlərimiz klaviatur və siçan olduğundan, yuxarıdakı şəkli çəkdim. Qoy həmişə "click" səsi gəlsin, qoy bütün rəqəmsal proletariat "klaviatur və siçan" gerbi altında birləşsin!
Friday, December 7, 2012
Nisbət
Nisbət deyilmi bizi fərqləndirən? Hamımız hər zaman kiməsə və yaxud da nəyəsə nisbətən fərqlənməyə çalışırıq. Nisbət bəşəriyyətin qanunudur. Gözəllik və çirkinlik, zənginlik və yoxsulluq, ədalət və insafsızlıq, yüksəklik və alçaqlıq, aclıq və toxluq, atlı və piyada, ovçu və şikar, yalan və həqiqət, qəddarlıq və mərhəmət, hərəkət və sükunət və nələr, nələr, nələr - bunlar bizim təbiətimizdir, olub, var, olacaq sonadək. Dəyişən yalnız zamandır. Hamımız gözləyirik. Keçmiş insanlardan bircə fərqimiz var. Onlar peyğəmbərləri gözləyirdilər, biz isə axirəti...
Subscribe to:
Posts (Atom)