Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Friday, December 21, 2012

Ordan-burdan fikirlər, nəticələr, hisslər

* Bir qoyun getdi şam aldı, min qoyun getdi şam aldı, sonra "bayram axşamı" etdilər, səhəri gün mayaların bütün nənə-babaları yad edildi. #SürüPsix

* Məni Budda kimi böyüdüblər: bağlı "qapı" arxasında, söyüşlərdən, axmaqlıqdan, cahillikdən, nadanlıqdan, sürü düşüncəsindən, çirkinlikdən, yalanlardan, yaltaqlıqdan, alçaqlıqdan uzaqlarda. Bütün bunlarla gec üzləşsəm də, Buddadan fərqli olaraq şikayətim yoxdur, valideynlərimə dərin sevgi və təşəkkürlər ki, yaxşını öyrədib, pisi gizlədiblər, gizlənmək qaçılmaz olsa belə #ThankYouMom&Dad

* Mənim üç sevgilim var: biri Wentworth, hər zaman məni sevib, heç vaxt unutmayıb, küskün olsa da qayıdıb. İkincisi, Jasper, onun məni axtardığını bilib mən onu tapmışam, onun sevgisi əbədidir. Üçüncüsü, Herbert, onunla yeni tanış olmuşam, o, ən sədaqətli dostdur. #MənimQəhrəmanlarım

* Naşükürlük, təbiətimizdədir? Yoxsa, niyə kifayətlənmirəm, çox şikayət edirəm, gərək etməyəm. Eynşteyn olmasaydı, məgər nisbiliyin nə olduğunu bilməyəcəkdik? Nisbilik, məndə olanın səndə olmaması və səndə olanın məndə olmamasıdır. Nisbilik həyatın özüdür. #YorulmuşBeyinFəlsəfəsi

* Ürəyim hələ döyünür, amma çırpınmır, hələ də. #KiçikÜmidlər

* Həyat gözəldir, həm də çirkindir, deməli, həyat çirkin gözəldir #BanalOxymoron

* "Mən bəşəriyyəti sevirəm, sadəcə insanlara nifrət edirəm" #AdınıUnutduğumMüəllifinXoşumaGələnSitatı

* Ailə, sevgi və dostluq ayrılmazdır. Ailə hər şeydən üstündür. Sevgiliniz və dostunuz ailə üzvlərinizdir. #Induksiya

* Toran-yağış qarışıq havada işə gedərkən, küçə işıqlarının Aleksey Yefremovun rəsmlərinə bənzəməsi #ReallığınKənarında

No comments:

Post a Comment