Nisbət deyilmi bizi fərqləndirən? Hamımız hər zaman kiməsə və yaxud da nəyəsə nisbətən fərqlənməyə çalışırıq. Nisbət bəşəriyyətin qanunudur. Gözəllik və çirkinlik, zənginlik və yoxsulluq, ədalət və insafsızlıq, yüksəklik və alçaqlıq, aclıq və toxluq, atlı və piyada, ovçu və şikar, yalan və həqiqət, qəddarlıq və mərhəmət, hərəkət və sükunət və nələr, nələr, nələr - bunlar bizim təbiətimizdir, olub, var, olacaq sonadək. Dəyişən yalnız zamandır. Hamımız gözləyirik. Keçmiş insanlardan bircə fərqimiz var. Onlar peyğəmbərləri gözləyirdilər, biz isə axirəti...
No comments:
Post a Comment