İdealist feminist (İR) ve realist feminist (RF) rəfiqələrin sohbətii (qeyd: optimist ve pessimist feministlər mövcud olmur!)
RF: Bəsdir hər şeydə mükəmməllik axtardın. İdeal insan yoxdur, demək ki, ideal həyat da yoxdur. Həyat keşməkeşlidir. Bax bir ətrafına, ortaq dostumuz Banu, bütün gün xəyallarla gəzirdi, axırda Şarlottalıq elədi :)... Yox, sən Şarlottalıq eləmə, amma qoy sənin şahzadən Darcy kimi yaraşıqlı olmasa da, onun kimi, diqqətli, qayğıkeş və sevən biri olsun, bu bəsindi. Realist ol!
İF: Ola bilər, amma nə edim özümlə bacarmıram. Baxmayaraq ki, gözümün qarşısında bir sürü feminist xəyallardan məişət reallığına atılıb, elə öz nənəmdən demirəm, əvvəllər babam onun üçün ideal idi, sonra isə məişət problemləri onu deyinən qarıya, babamı isə görməzdən gələn qocaya çevirdi. Amma mən hələ də ümid edirəm və gözləyirəm. Hələ də uşaq kimi inanıram ki, güzgünün o tayında yaşıl dağlar, göy çəmənlər, al bayraqlı gəmilər, ağ atlar, buludların üstündə evlər, göy qurşağı – hələm çox uzada bilərəm - var və bir addım atıb o taya keçə bilsəm, hər şey gözəl olacaq. Mən hələm də nağıllara inanıram.
RF: Xeyir canım, sən nağıllara inanmırsan. İnansaydın, elə həmin nağıllarda küpəgirən qarıları, adamyeyən divləri, ifritələri, cinləri də görərdin...amma sən bunları görmürsən, demək ki, sən nağılda yox utopik bir xəyalda məskən salmağa çalılşırsan. Eşitdiklərim, bildiklərimdən belə yer yalnız cənnətdir. Cənnətə isə şahzadə dalıyca yox, əbədi hüzur üçün düşməyə çalışırlar.
Dedicated to my ladybooks :*

No comments:
Post a Comment