Beautifully out of place
Tuesday, July 12, 2011
İnadkarlıqla mübarizə
Hər səhər evdən çıxanadək Rusiyanın birinci kanalında müxtəlif süjetləri izləyərək hazırlaşıram. Müxtəlif mövzulardan bəhs olunur. Bu gün mövzu küçədə inadkarlıqla tanış olmaq istəyən oğlandan necə yaxa qurtarmaq barədə danışılırdı. Qızlara məsləhətlər verilirdi: əgər siz ona tərəf baxmasanız, cürət edib sizə yaxınlaşmaz, yox əgər o inadkarlıq göstərirsə, siz də görməzdən gəlin. Gərək, kəlmə ilə belə cavab verməyəsən, ancaq bunun üçün böyük səbr tələb olunur ki, bu da hər adama məxsus deyil. Rus qızlarının cavab statistikasına gəldikdə isə, oğlanın əl çəkməsi üçün verilən ən məşhur cavab – “mənim ərim var, özü də boksçudur” olmuşdur. Amma belə cavablar çox təkrarlandığından yalan açıq-aşkar bəlli olur. Nəhayət ki, bu problemi birdəfəlik həll etmək üçün, Rus qızlarına təklif olunur ki, ona müxtəlif təkliflərlə yaxınlaşan oğlana belə cavab versin – “Əgər tanış olmaq istəyirsənsə, gəl gedək nigah bağlayaq, bu saat evlənək, sonra bir-birimizi tanıyarıq”. Çarxı öz şərhi ilə izləyən jurnalist belə cavabın yüzdə yüz effektiv olacağını və həmin şəxsin sizi bir daha narahat etməyəcəyini iddia edir. Düşündüm, görəsən belə bir cavab Azərbaycanda verilsəydi, reaksiya necə olardı. Yəqin ki, oğlan anasının razılığını almaq üçün möhlət istəyərdi və bir daha siz onu ən azı yüz metrlik radiusda görməzdiniz. İşdir birdən desə ki, hə gəl gedək zaqsa, bəs onda necə? Onda Azərbaycansayağı bir cavab: xahiş edin ondan, anasının notariusda təsdiqlənmiş razılıq kağızını, hər hansı mülkiyyətə məxsus olması barədə şəhadətnamə və sürücülük vəsiqəsinin surətini gətirsin. Bu halda onun nə izini, nə tozunu görərsiz.
Subscribe to:
Post Comments (Atom)
:)) Məqalə mənə çox maraqlı gəldi. Amma sizin fikrinizlə razı deyiləm, bunu öz tanıdığım evli olmayan, evlenlənmək istəyən oğlanları nəzərə alıb deyirəm. Öz ərafımda olan oğlanlardan misal çəkərək deyirəm ki,onlar birinci yaşınlaşacaqları qız haqqında müəyyən qədər informasıya toplayırlar, yəni o qızın buna layiq olub olmadığını təyin edirlər və ancaq evlənmək məqsədi ilə yaxınmaşırlar. Əgər o oğlana bu sözü desəniz 2 saatdan sonra atrıq evli olacaqsınız :DD
ReplyDelete