Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Tuesday, July 12, 2011

İnandırma, Ceyn Ostin - Kapitan Frederik Ventvortun məktubu

Daha sakitcə sizi dinləyə bilmirəm. Necə olursa olsun sizinlə mütləq danışmalıyam. Siz mənim qəlbimi qırırsınız. Mən yarı ölüm, yarı ümid içindəyəm. Deməyin ki, mən gecikmişəm və bu cür əziz, dəyərli hisslər həmişəlik yox olub. Mən özümü səkkiz il yarım əvvəl mənim qəlbimi qırdığınız zaman sizə qarşı olan sevgimdən daha böyük ürəklə sizin ixtiyarınıza verirəm.
-Nə cürətlə deyirsiz ki, kişi qadından tez unudur və onun sevgisi daha tez ölür. Mən sizdən başqa heç kimi sevməmişəm. Bəlkə də mən haqsız olmuşam, bəlkə də zəif və küskün olmuşam, amma heç vaxt sevgimə dönük olmamışam. Yalnız sizə görə mən Bata gəlmişəm. Mənim bütün fikirlərim və gələcəyim yalnız sizinlə bağlıdır. Axı siz bunu görmürsünüz? Bəlkə mənim istəyimi başa düşmürsünüz? Əgər sizin hisslərinizi oxuya bilsəydim, heç bu on günü gözləməzdim. Artıq yaza bilmirəm. Hər an sizin dediklərinizi eşitdikcə həyəcanlanıram. Səsinizi aşağı salırsınız, ancaq onu başqa səslərdən seçə bilirəm. Ən yaxşı, ən gözəl məxluq! Siz həqiqətən bizə inanırsınız. Siz inanırsınız ki, kişilər də sevgidə həqiqi bağlılıq və daimilik göstərə bilərlər. İnanın ki, bu hisslər ən coşqun, ən qəti….F.V
Mən getməliyəm, öz bəxtimdən xəbərsiz. Lakin qayıdacam, ya buraya, ya da tez bir zamanda axşamkı ziyafətə. Bir söz, bir baxış mənim bu axşam sizin atanız evinə gəlməyim və ya həmişəlik tərk etmək üçün kifayət olacaq.

No comments:

Post a Comment