Beautifully out of place

Beautifully out of place
She was beautifully out of place. Sometimes I believe she intended to be. Like the moon during the day.

Tuesday, October 30, 2012

iFəhlə-iKəndli Sinfinin Əhvalatları - "8 saatlıq iş günü"

Deməli belə, niyə biz, XXI əsrin fəhlə-kəndli sinfi özümüzü XX əsrin əvvəllərində yaşayan fəhlə-kəndli sinfi ilə eyni tutmalıyıq. Məgər iFəhlə ilə iFəhlə5 bir tutmaq olar? Biz yeni nəsil iFəhlə və iKəndli sinfiyik, demək dəyərimizi bilməliyik. Zira, biz ən son dəzgahlarda, ən son komputerlərdə, ən son maşınlarda çalışmışkən, niyə işimizə birinci nəsillə eyni vaxt sərf etməliyik? Səkkiz saatlıq iş günü standartı qaldı yüz il əvvəldə. İndi işimizi daha tez görürük, hələm vaxt tapıb internetdə qurdalanırıq, yeməyimizi sürətlə yeyirik, həyatımızı sürətləndiririk... Sonra da kapitalizmini, kommunizmini, sosializmini söyə-söyə, yorğun-arğın evə gəlirik, qalan neqativimizi də tökürük evdəkilərin üstünə. Olmazmı ki, 4 saat ərzində görə biləcəyim işi, elə 4 saat ərzində görüm. Amma mənim "çox dəyərli, hörmətli, insan, anlayışlı" kapitalist şefim bunu bilsə, ikiqat işlə yükləyəcək.   Dörd+dörd=Səkkiz. Deyəsən, səkkiz rəqəmindən zəhləm getməyə başlayır. Odur ki, insan bacarıqları paketində mənə hədiyyə edilmiş hiylədən istifadə edərək işimi uzadıram, guya ki, mən bu işi ancaq uzun müddətdə görə bilərəm. Belə, ovçu ilə şikar bir-birlərinə necə hiylə gəlirlərsə, işverənlə işçi də eləcə. 

8+8+8 formulunu yediriblər. Yaxşı bəs, səhər bir saat işə gəlmək, və bir saat evə qayıtmaq? Bu iki saatı hardan alaq? İş? İmkan verməzlər. İstirahətimiz? İmkan vermərik. Bəlkə yuxumuz? Olar, qoy altı saat yataq. Nə olar ki? Uzağı, stres. Olsun, biz nəinki informasiya əsrinin yetirmələriyik, biz həm də stress əsrində yaşayırıq. Bu dəfə kimi söyək? Bəlkə Lenini? Ya da özümüzü... Son nəticədə, iFəhlə olmağı seçənlər özümüzük. 


Bu arada, google nə yaxşı vasitə imiş. Sizinlə də paylaşım, sən demə, Amerikanlar öz ifəhlə-ikəndli sinfinə "9to5" deyirlərmiş, onlar nahar vaxtını saymır. Sən demə, Cənubi Koreyada da rəsmi olaraq səkkiz saatlıq iş olmasına baxmayaraq, işçilər evə gec gedir, bosa "hörmət" əlaməti olaraq. Artıq onlara da "Qardaş Koreya" dövləti deyə bilərik. 

Yaşasın Rəqəmsal Proletariat! 

No comments:

Post a Comment